"Kredobank"dan alacağı olan kreditorların sayı 2213-dür

"Kredobank"dan alacağı olan kreditorların sayı 2213-dür Onların Bankda 11,4 mln. manat pulu qalıb
Maliyyə
10 May , 2017 18:07
Kredobankdan alacağı olan kreditorların sayı 2213-dür

Bakı. 10 may. REPORT.AZ/ Ləğvetmə prosesində olan “Kredobank” ASC-nin indiyə qədər 2213 kreditorunun tələbi qeydə alınıb.

“Report”un məlumatına görə, bu barədə Bankda yaradılmış Kreditorlar Komitəsinin ilk iclasında kredit təşkilatının ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov məlumat verib.

Onun sözlərinə görə, kreditorların Bankdan alacağı məbləğ 11,4 mln. manatdır.

“Bu pulun 9,1 mln. manatlıq hissəsi və yaxud 113-ü hüquqi şəxslərə, 2,3 mln. manatlıq hissəsi və yaxud 1 998-i fiziki şəxslərə məxsusdur”, - deyə A.Cavadov qeyd edib.

Onun sözlərinə görə, “Kredobank”ın kredit portfeli ilə yanaşı, əmlakı da qiymətləndirilib: “Bankın binalarının balans dəyəri 3,7 mln. manat, qiymətləndirilmiş bazar dəyəri isə 3,4 mln. manatdır. Bankın kompüter və rabitə avadanlıqlarının balans dəyəri 17 min manat, mebel avadanlıqlarının balans dəyəri 11,5 min manat, qeyri-maddi aktivlərinin qalıq dəyəri isə 9,5 min manat təşkil edir”.

Son xəbərlər

Orphus sistemi