Yuxarı
    Bağlamaq

    ​"Kredobank"da kadr dəyişikliyi baş verib

    Bankın iki filialının müdiri dəyişdirilib

    Bakı. 9 iyun. REPORT.AZ/ "Kredobank" ASC-nin Bayıl filialının rəhbərliyi dəyişib.

    "Report" xəbər verir ki, filialın müdiri Alim Məmmədov vəzifəsindən azad edilib. Onun yerinə Sabir Axverdiyev təyin edilib.

    Yeni müdir "Kredobank"da fəaliyyətə başlamazdan əvvəl sığorta agenti kimi çalışıb.

    A.Məmmədova isə Bankın Masallı filialının direktoru vəzifəsi həvalə edilib. O, bu vəzifədə Bahəddin Həmidovu əvəz edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi