“Kredit Servis”in aktivləri 5% azalıb

“Kredit Servis”in aktivləri 5% azalıb Bakı. 9 oktyabr. REPORT.AZ/ “Kredit Servis” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 5,2% azalaraq bu il yanvarın 1-nə 1,649 mln. manat təşkil edib.
Maliyyə
9 Oktyabr , 2018 11:53
“Kredit Servis”in aktivləri 5% azalıb

Bakı. 9 oktyabr. REPORT.AZ/ “Kredit Servis” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 5,2% azalaraq bu il yanvarın 1-nə 1,649 mln. manat təşkil edib.

“Report” bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Kredit Servis”in müştərilərə verdiyi xalis kreditlər 31,1% artaraq 990 min manata çatıb.

Hesabat dövründə BOKT-un cəmi öhdəlikləri 18,9% azalaraq 30 min manata, cəmi kapitalı isə 4,9% azalaraq 1,62 mln. manata düşüb.

“Kredit Servis” 2017-ci ili 3 min manat mənfəətlə başa vurub. Bu, 2016-cı ilə nisbətən təxminən 30 dəfə azdır. 

Son xəbərlər

Orphus sistemi