Yuxarı

​Kredit götürənlər sığorta şirkətlərini ziyana salıblar

Kredit sığortasına görə daxilolmalar ödənişlərdən təqribən 10 dəfə azdır

Bakı. 10 avqust. REPORT.AZ/ Bu ilin ilk yarısının yekunlarına görə, Azərbaycandakı sığorta şirkətləri kreditlərin sığortalanmasına görə 3 020 manat sığorta haqqı toplayıb. 

"Report" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 145 dəfə azdır.

Hesabat dövründə kredit sığortasına görə ödənişlər də kəskin azalıb. Belə ki, sığortaçılar vəfat etmiş və yaxud əmək qabiliyyətini itirmiş borclanların kreditini bağlamaq üçün 31 464 manat ödəniş ediblər. Bu isə 1 il əvvələ nisbətən təxminən 3 dəfə azdır.

Ən maraqlısı isə odur ki, kredit sığortasına görə daxilolmalar ödənişlərdən təqribən 10 dəfə azdır. Halbuki, ötən ilin ilk 6 ayında sığorta şirkətləri bu sahədə yığımlarının cəmi 22%-ni ödənişə yönəldib. Yəni, kredit götürənlər bu il sığortaçıları ziyana salıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi