​Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsi azalıb

​Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsi azalıb Fiziki şəxslərə verilmiş kreditlər üzrə faiz dərəcələri artıb
Maliyyə
7 Yanvar , 2015 16:53
​Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsi azalıb

Bakı. 7 yanvar. REPORT.AZ/ Ötən ilin noyabr ayında Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsi yerli valyuta üzrə illik 13,84%, xarici valyutada isə 14,53% təşkil edib. "Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, bu, oktyabr ayı ilə müqayisədə müvafiq olaraq 0,3 və 0,04 faiz bəndi azdır.

Hesabata əsasən, kreditlər üzrə orta faiz dərəcəsində azalma hüquqi şəxslər hesabına olub. Hüquqi şəxslərə verilmiş kreditlər üzrə bu göstərici aylıq müqayisədə 0,28 və 0,2 faiz bəndi azalaraq milli valyutada 10,12%, xarici valyutada isə 9,70% təşkil edib.

Hesabat ayında fiziki şəxslərə verilən kreditlər üzrə orta faiz dərəcələrində əksinə, artım müşahidə olunub. Noyabrda fiziki şəxslərə verilmiş kreditlər üzrə orta faiz dərəcəsi manatda 18,52%, xarici valyutada isə 21,97% təşkil edib. Bu isə öz növbəsində oktyabr ayının göstərici ilə müqayisədə 0,2 və 0,61 faiz bəndi çoxdur.

Son xəbərlər

Orphus sistemi