“Kredex”in aktivləri 30%-dən çox azalıb

“Kredex”in aktivləri 30%-dən çox azalıb Bakı. 9 iyun. REPORT.AZ/ “Kredex” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri bu il yanvarın 1-nə 550 min manat təşkil edib.“Report”...
Maliyyə
9 İyun , 2017 13:39
“Kredex”in aktivləri 30%-dən çox azalıb

Bakı. 9 iyun. REPORT.AZ/ “Kredex” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri bu il yanvarın 1-nə 550 min manat təşkil edib.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 30,6% azdır.

“Kredex”in aktivlərinin 85,8%-ni və yaxud 472 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə BOKT-un kredit portfeli 36,4% kiçilib.

2016-cı ildə “Kredex”in cəmi öhdəlikləri 20,1% azalaraq 377 min manat, o cümlədən borc aldığı vəsaitlər 16,8% azalaraq 351 min manat, cəmi kapitalı isə 46,1% azalaraq 173 min manat olub.

Ötən il “Kredex”in faiz gəlirləri 177 min manat (əvvəlki ilə nisbətən 16,1% az), faiz xərcləri 57 min manat (8,7% az), qeyri-faiz gəlirləri 23 min manat (44,5% az), qeyri-faiz xərcləri isə 269 min manat (75,8% çox) təşkil edib. Son nəticədə BOKT 2016-cı ili 127 min manat xalis zərərlə başa vurub. Halbuki maliyyə qurumu 2015-ci ildən 37 min manat xalis mənfəətlə çıxmışdı.

Xatırladaq ki, “Kredex” BOKT 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. 

Son xəbərlər

Orphus sistemi