“Kredaqro” BOKT QSC-dən MMC-yə çevrilir

“Kredaqro” BOKT QSC-dən MMC-yə çevrilir BOKT-un səhmləri dövriyyədən çıxarılacaq və ləğv ediləcək
Maliyyə
9 Avqust , 2017 09:18
“Kredaqro” BOKT QSC-dən MMC-yə çevrilir

Bakı. 9 avqust. REPORT.AZ/ “Kredaqro” bank olmayan kredit təşkilatı (BOKT) hüquqi formasını QSC-dən MMC-yə dəyişir.

Bu barədə “Report” Vergilər Nazirliyinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, bununla əlaqədar BOKT-un hər birinin nominal dəyəri 100 manat olan 4 523 ədəd (452 300 manatlıq) adi, adlı səhmləri dövriyyədən çıxarılacaq və ləğv ediləcək.

Xatırladaq ki, “Kredaqro” 2000-ci ildə yaradılıb. BOKT-un təsisçisi, ABŞ-dan qeydiyyatdan keçmiş “ACDI/VOCA” şirkətidir. 

Son xəbərlər

Orphus sistemi