Yuxarı
    Bağlamaq

    KPMG: 2025-ci ilə İslam iqtisadiyyatı 7 trln. dollara yüksələcək

    Bakı. 27 fevral. REPORT.AZ/ İslam iqtisadiyyatının aktivlərinin ümumi həcmi 2025-ci ildə 7 trln. ABŞ dollarına çatacaq.

    "Report" "Rambler News Service"ə istinadən xəbər verir ki, bu proqnozu "Rusiya - əməkdaşlığın zamini" adlı I Rusya İslam İqtisadiyyatı Forumunda KPMG beynəlxalq audit şirkəti İdarə Heyətinin Rusiya və MDB üzrə sədri Oleq Qoşanskiy verib.

    Qoşanskiy bildirib ki, İslam dünyasının əhalisi 2025-ci ilə 2 mlrd. nəfər təşkil etməlidir: "Bu, dünya əhalisinin 25%-i deməkdir. İslam biznesinin aktivləri 7 trln. dollar təşkil edəcək. Rəqəmlər öz sözünü deyir".

    "Bu, danılmaz amildir ki, konvensional bankçılığın marjinallığı, mənfəətliliyi azalır. Kommersiya nöqteyi-nəzərdən İslam bankçılığının inkişafı və geniş yayılması daha alktual olacaq", - deyə Qoşanskiy qeyd edib.

    "İslam bankçılığı ildə 9,5% artım göstərir. Lakin, buna baxmayaraq, hələ də qlobal bankçılığın 5%-ni təşkil edir", - KPMG meneceri əlavə edib.

    Qeyd edək ki, İslam bankçılığı spekulyasiyalar və faizləri, alkoqol və tütünün maliyyələşdirilməsini qadağan edir. İslam bankçılığında mənfəət, layihələrdə pay iştirakçısı kimi və malın maya dəyəri və son qiyməti arasındakı fərqdən əldə edilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi