Kommersiya banklarının rəhbərləri Maliyyə Savadlılığı Şurası yaradıb

Kommersiya banklarının rəhbərləri Maliyyə Savadlılığı Şurası yaradıb Şura üzvlərinin ilk iclasının keçirilməsi nəzərdə tutulub
Maliyyə
10 Aprel , 2017 15:24
Kommersiya banklarının rəhbərləri Maliyyə Savadlılığı Şurası yaradıb
Report

Bakı. 10 aprel. REPORT.AZ/ Ölkənin bank sektorunda maliyyə savadlılığı səviyyəsinin artırılmasına dair planlaşdırılan işlərin birgə müzakirəsi və əlaqələndirilməsi məqsədilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində üzv təşkilatların rəhbərliyindən ibarət Maliyyə Savadlılığı Şurası (MSŞ) yaradılıb. 

“Report”un bank dairələrindən aldığı məlumata görə, MSŞ-nın bu sahədə ideyaların, məlumatların və təcrübənin müzakirə olunduğu platforma rolunda çıxış etməsi nəzərdə tutulub.

Məlumatda deyilir ki, Şuranın fəaliyyətinin əsas istiqamətlərini müəyyən etmək, maliyyə savadlılığı sahəsində görülmüş işlərlə tanış olmaq üçün yaxın günlərdə Şura üzvlərinin ilk iclasının keçirilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi