Yuxarı
    Bağlamaq

    Kommersiya bankları AMB-yə 115 mln. manat ödəyib

    Kommersiya banklarının öhdəliyi 6 307,4 mln. manat təşkil edib

    Bakı 14 iyun. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının Azərbaycan Mərkəzi Bankına (AMB) olan öhdəliyi may ayının 1-nə 6 307,4 mln. manat təşkil edib. 

    "Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, öhdəliyin həcmi aprelin 1-nə olan göstərici ilə müqayisədə 115,5 mln. manat və ya 1,8% azalıb, ötən ilin analoji dövrü ilə müqayisədə isə 4 041 mln. manat və ya 2,8 dəfə artıb. İlin əvvəli ilə müqayisədə isə kommersiya banklarının AMB-ə öhdəlikləri 932,4 mln.manat və ya 17,3% artım göstərib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi