Yuxarı

"Kölgə iqtisadiyyatı"nın daralması Azərbaycana 500 mln. manat qazandıra bilər

"Kölgə iqtisadiyyatı"nın daralması Azərbaycana 500 mln. manat qazandıra bilər

1574

Deputat Əli Məsimli xarici valyutada olan kreditlərlə bağlı problemin həllini vacib sayır

Bakı. 6 dekabr. REPORT.AZ/ Azərbaycanda "kölgə iqtisadiyyatı"nın 10% daralması dövlətə 500 mln. manat həcmində əlavə gəlir gətirə bilər.

"Report"un verdiyi xəbərə görə, bunu Milli Məclisin bugünkü plenar iclasında çxışında millət vəkili Əli Məsimli bildirib.

"Tarif Şurasının son qərarı ilə dövlət büdcəsinə əlavə 300 mln. manat daxil olacaq. Eyni zamanda, bu qərar istehsal müəssisələri və iş yerlərinin bağlanması ilə nəticələnəcək" - deputat söyləyib.

O, həmçinin xarici valyutada olan kredit probleminin həllinin vacibliyini qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi