Kiprdə borc bazarı ilə bağlı konfrans keçiriləcək

Kiprdə borc bazarı ilə bağlı konfrans keçiriləcək Tədbir “MDB və Baltikyanı ölkələrin XIV İstiqraz Konqressi” adı ilə baş tutacaq
Maliyyə
6 Aprel , 2017 14:00
Kiprdə borc bazarı ilə bağlı konfrans keçiriləcək

Bakı. 6 aprel. REPORT.AZ/ İyunun 8-9-da Kiprin Limasol şəhərində (ölkənin maliyyə mərkəzidir) borc bazarı ilə bağlı iri regional konfrans keçiriləcək.

“Report”un məlumatına görə, tədbir “MDB və Baltikyanı ölkələrin XIV İstiqraz Konqressi” adı ilə baş tutacaq.

Yerli istiqraz bazarları ilə bağlı əsas trendlərin müzakirə ediləcəyi konfransda postsovet məkanı ölkələrindən 200-ə yaxın nümayəndənin iştirak edəcəyi gözlənilir. Toplantıda aparıcı investisiya şirkətləri, emitentlər, iri regional banklar, hüquq və konsaltinq şirkətlərinin təmsilçiləri iştirak edəcəklər.

Qeyd edək ki, tədbirin əsas təşkilatçısı "Cbonds" şirkətidir.

Son xəbərlər

Orphus sistemi