Yuxarı
    Bağlamaq

    Kənd Təsərrüfatı Nazirliyi maliyyə dəstəyi verdiyi kredit ittifaqlarının sayını artıracaq

    Bu barədə Azərbaycan Kredit İttifaqları Assosiasiyasının sədri məlumat verib

    Bakı. 22 dekabr. REPORT.AZ/ Gələn il Kənd Təsərrüfatı Nazirliyindən maliyyə dəstəyi alan kredit ittifaqlarının sayı bu illə müqayisədə təxminən 2 dəfə çox olacaq.

    Bu barədə “Report”a açıqlamasında Azərbaycan Kredit İttifaqları Assosiasiyası (AKİA) İdarə Heyətinin sədri Cəlil Süleymanov məlumat verib.

    Onun sözlərinə görə, hazırda Nazirliyin Kənd təsərrüfatı layihələri və kreditlərinin idarə edilməsi üzrə Dövlət Xidməti AKİA-nın üzvü olan 65 kredit ittifaqından 20-25-ni maliyyələşdirir. 2017-ci ildə bu rəqəmin 40-45-ə çatacağı gözlənilir: “Təbii ki, Nazirliyin bütün üzvlərimizə maliyyə dəstəyi verməsi mümküm deyil. Çünki bəzi kredit ittifaqları Bakı şəhərindədir və aqrar sektorda fəaliyyət göstərmir. Amma əksər kredit ittifaqlarının fəaliyyəti kənd təsərrüfatı sahəsi ilə bağlıdır və KTN xətti ilə maliyyələşmənin əhatə dairəsinin 60-70%-ə çatdırılması nəzərdə tutulub”.

    C.Süleymanov qeyd edib ki, kredit ittifaqlarına maliyyə vəsaiti ayrılarkən onların təsisçiləri olan fermerlərin Azərbaycan hökumətinin prioritet seçdiyi sahələrdə (pambıqçılıq, tütünçülük, tingçilik və s.) fəaliyyət göstərib-göstərmədiyi nəzərə alınacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi