​Kənan Yavuz: ""SOCAR Turkey"in "Petkim"dəki payı 51%-dən aşağı düşməyəcək"

​Kənan Yavuz: ""SOCAR Turkey"in "Petkim"dəki payı 51%-dən aşağı düşməyəcək" Şirkət rəhbəri bu pay satışlarının bazarda olan tələbata görə edildiyini açıqlayıb
Maliyyə
25 İyul , 2015 13:30
​Kənan Yavuz: SOCAR Turkeyin Petkimdəki payı 51%-dən aşağı düşməyəcək

Bakı. 25 iyul. REPORT.AZ/ "Petkim"in əsas payçısı olan "SOCAR Turkey Enerji A.Ş." (STEAŞ) 2015-ci ildə iki dəfəyə İstanbul Fond Birjasının Topdan Satış bazarında ümumi həcmi 5% nisbətində pay satışı həyata keçirib. "Report" xəbər verir ki, bunu "SOCAR Turkey Enerji A.Ş."nin prezidenti Kənan Yavuz sosial şəbəkələrdə paylaşıb.

K.Yavuz bu pay satışlarının bazarda olan tələbata görə edildiyini açıqlayıb:

"SOCAR Turkey Enerji A.Ş"nin birbaşa, yaxud dolayı olaraq "Petkim"dəki payı 51%-dən aşağı düşməyəcək", - SOCAR rəsmisi əlavə edib.

Son xəbərlər

Orphus sistemi