Yuxarı
    Bağlamaq

    Keçmiş bankir "Meqa Sığorta"dan pay alıb

    Dinlə
    Şirkətin səhmdarlarının pay bölgüsü dəyişib

    Bakı. 30 may. REPORT.AZ/ “Meqa Sığorta” ASC-nin səhmlərinin 9%-nə nəzarət edən Əli İsmayılov payını satıb.

    “Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, onun payını ötən il “Atabank” ASC ilə birləşmiş “Caspian Development Bank” ASC-nin Müşahidə Şurasının sədri Fərəh Məmmədova alıb.

    Bununla yanaşı, “Meqa Sığorta”nın digər 2 səhmdarı – Zeynal Əliyev və Yaşar Qurbanov (Müşahidə Şurasının sədri, "Rabitəbank" ASC-nin səhmdarı) da paylarının bir hissəsini yeni investora satıblar. Son nəticədə 1-cinin şirkətdəki payı 19%-dən 10%-ə, 2-cinin şirkətdəki payı isə 15%-dən 14%-ə düşüb.

    Beləliklə, F.Məmmədova “Meqa Sığorta”nın səhmlərinin 19%-nə sahib olub. Digər səhmdarlar – Rauf Əliyev (“Rabitəbank”ın 30%-lik səhmdarı), Nəzakət İsmayılova və Zaur Quliyev isə əvvəlki qaydada hər biri şirkətdə 19% paya malikdir.

    Xatırladaq ki, "Meqa Sığorta" 1998-ci ildən fəaliyyət göstərən BE&G sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,5 mln. manatdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi