​Keçən il Azərbaycanda quraşdırılan bankomatların 40%-i bir banka məxsus olub

​Keçən il Azərbaycanda quraşdırılan bankomatların 40%-i bir banka məxsus olub Azərbaycan Beynəlxalq Bankı ATM və POS-terminal şəbəkəsini genişləndirir
Maliyyə
7 Yanvar , 2015 16:25
​Keçən il Azərbaycanda quraşdırılan bankomatların 40%-i bir banka məxsus olub

Bakı. 7 yanvar. REPORT.AZ/ Ötən il ərzində Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən ölkənin 65 yaşayış məntəqəsində yeni bankomatlar quraşdırılıb.

"Report"un banka istinadən verdiyi xəbərə görə, bu, Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən 2014-cü ildə quraşdırılan ATM-lərin ümumi sayının 40%-ni təşkil edir. Hazırda ABB-nin bankomatlarının sayı 755 ədəddir.

Məlumata əsasən, hesabat ili ərzində bankın POS-terminal şəbəkəsi 2,2 dəfə artaraq 11 007-ə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi