Yuxarı

Keçən ay Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiyməti 2,6% bahalaşıb

Baş soğanın istehsalçı qiymətləri isə 1% bahalaşıb

Bakı. 8 noyabr. REPORT.AZ/ Bu ilin oktyabr ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,6%, o cümlədən birillik və çoxillik bitkilərin istehsalçı qiymətləri uyğun olaraq 3% və 3,1%, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 2,2% bahalaşıb. Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Birillik bitkilərdən yaşıl lobyanın istehsalçı qiymətləri 15,2%, xiyarın 0,6%, yerkökünün istehsalçı qiymətləri 0,5% ucuzlaşıb, buğdanın istehsalçı qiymətləri 4,1%, arpanın 0,2%, kartofun 0,7%, kələmin 0,2%, bibərin 0,9%, göyərtinin 3,0%, badımcanın 32,6%, pomidorun 8,5%, balqabağın 12,5%, baş sarımsağın 8,4%, baş soğanın istehsalçı qiymətləri isə 1% bahalaşıb.

Çoxillik bitkilərin də qiymətlərində dəyişiklik qeydə alınıb. Belə ki, üzümün istehsalçı qiymətləri 7,6%, xurmanın 1,1%, narın istehsalçı qiymətləri 20,5% bahalaşıb, limonun istehsalçı qiymətləri 0,4%, almanın 9,4%, armudun 4,1%, zoğalın istehsalçı qiymətləri 9,4% ucuzlaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından mal və qoyun ətinin (diri çəkidə) istehsalçı qiymətləri müvafiq olaraq 1,2 və 0,7%, təbii balın istehsalçı qiymətləri 1,9% ucuzlaşıb, amma südün istehsalçı qiymətləri 2,8%, yumurtanın 8,1%, quş ətinin (diri çəkidə) 8,8% bahalaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi