Yuxarı

"​Kapital Bank" "Nə? Harada? Nə zaman?" oyunlarının tərəfdaşı olub

Bank oyunçuların tapa bilmədikləri sualların müəlliflərini mükafatlandıracaq

Bakı. 19 aprel. REPORT.AZ/ "Kapital Bank" ASC “Nə? Harada? Nə zaman” intellektual klubun rəsmi tərəfdaşı olub. Tərəfdaşlıq çərçivəsində "Kapital Bank" oyunçuların tapa bilmədikləri sualların müəlliflərini mükafatlandırır.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, “Nə? Harada? Nə zaman” oyunlarına sual vermək istəyənlər "Kapital Bank"ın filiallarına yaxınlaşıb, sual və müəllifin şəxsi məlumatları yazılmış zərfi təqdim edə bilərlər.

“Heç kimə sirr deyil ki, “Nə? Harada? Nə zaman?” intellektual oyunları ölkəmizdə böyük maraqla izlənilir. 4 mövsümdən ibarət oyunlar seriyasında tamaşaçılar oyunçulara qarşı oynayırlar. Bu ilki mövsümün hazırlanmasında bizə göstərdiyi dəstəyə görə GameTV.az adından və öz şəxsən öz adımdan "Kapital Bank"a təşəkkürümü bildirirəm”, - deyə "GameTV.az" Prodüser Mərkəzinin baş direktoru Balaş Qasımov bildirib.

"Kapital Bank" sosial yönümlü fəaliyyətinə uyğun olaraq, daim intellektual oyunları və təhsil layihələrini dəstəkləyir. Qeyd edək ki, "Kapital Bank" həmçinin “Breyn Rinq” intellektual oyunlarının da rəsmi tərəfdaşıdır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi