​Azərbaycanda investisiyalarda bank kreditlərinin həcmi azalıb

​Azərbaycanda investisiyalarda bank kreditlərinin həcmi azalıb Ötən il əsas kapitala sərmayə qoyuluşunda bank kreditlərinin xüsusi çəkisi cəmi 3,1% olub
Maliyyə
24 Yanvar , 2015 15:22
​Azərbaycanda investisiyalarda bank kreditlərinin həcmi azalıb

Bakı. 21 yanvar. REPORT.AZ/ Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün 2014-cü ildə bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilən 17,615 mlrd. manat vəsaitin 540,9 mln. manatını və ya 3,1%-ni bank kreditləri təşkil edib.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu da öz növbəsində 2013-cü illə müqayisədə investisiya qoyuluşunda bank kreditlərinin həcminin 37,3% azalmasını göstərir.

Statistikaya əsasən, ötən il əsas kapitala yönəldilmiş vəsaitlərin 54,8%-i və 9,654 mlrd. manatını müəssisə və təşkilatların vəsaitləri, 36,6%-i və ya 6,452 mlrd. manatını büdcə vəsaitləri, 1,8% və ya 324,6 mln. manatını büdcədənkənar fondların vəsaitləri, 3,2% və ya 566,9 mln. manatını əhalinin şəxsi vəsaitləri təşkil edib. Beləliklə, investisiya qoyuluşunda müəssisə və təşkilatların vəsaitləri 22,9%, əhalinin şəxsi vəsaitləri isə 24,0% artıb, büdcədən kənar fondlar 40,2%, büdcə vəsaitləri 20,5% azalıb.

Xatırladaq ki, Azərbaycanda 2014-cü ildə bütün maliyyə mənbələrindən əsas kapitala vəsait qoyuluşu 2013-cü illə müqayisədə 1,7% azalaraq 17,6 mlrd. manat təşkil edib. Sərf edilmiş sərmayələrin 63,9%-i məhsul istehsalı, 36,1%-i xidmət sahələri obyektlərinin inşasında istifadə olunub.

Dövlət mülkiyyətli müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 48,2%-ni təşkil edib. 

Son xəbərlər

Orphus sistemi