“Kapital Menecment” investisiya şirkətinin xalis zərəri 54% azalıb

“Kapital Menecment” investisiya şirkətinin xalis zərəri 54% azalıb Bakı. 13 iyun. REPORT.AZ/ “Kapital Menecment İnvestisiya Şirkəti” QSC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 190 min manat təşkil edib.
Maliyyə
13 İyun , 2018 17:27
“Kapital Menecment” investisiya şirkətinin xalis zərəri 54% azalıb

Bakı. 13 iyun. REPORT.AZ/ “Kapital Menecment İnvestisiya Şirkəti” QSC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 190 min manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 18,5% azdır.

2017-ci ildə “Kapital Menecment”in cəmi öhdəlikləri 16,8 dəfə artaraq 55 min manata çatıb, cəmi kapitalı isə 41,2% azalaraq 135 min manata düşüb.

Ötən il investisiya şirkətinin əsas gəlirləri 48 min manat (əvvəlki ilə nisbətən 2,1 dəfə çox), əsas xərcləri 148 min manat (49,4% az), məzənnə fərqindən zərəri 4 min manat (46 dəfə çox) təşkil edib. Son nəticədə maliyyə qurumunun vergiyəqədərki mənfəəti 103 min manat olub ki, bu da illik müqayisədə 58,2% azdır.

2017-ci ildə “Kapital Menecment” 2016-cı ilə nisbətən mənfəət vergisi xərclərinə 80,5% az – 8 min manat qənaət edib və ili 95 min manat xalis zərərlə başa vurub. Bu, əvvəlki ilə nisbətən 53,6% azdır. 

Son xəbərlər

Orphus sistemi