“Kapital Bank” yeni tətbiqini istifadəyə verib

“Kapital Bank” yeni tətbiqini istifadəyə verib Bakı. 7 fevral. REPORT.AZ/ “Kapital Bank” ASC onlayn əməliyyatlara və yeni texnologiyalara üstünlük verən müştərilərə yeni “Bir Bank” tətbiqini təqdim edib. 
Maliyyə
7 Fevral , 2018 13:26
“Kapital Bank” yeni tətbiqini istifadəyə verib
Report

Bakı. 7 fevral. REPORT.AZ/ “Kapital Bank” ASC onlayn əməliyyatlara və yeni texnologiyalara üstünlük verən müştərilərə yeni “Bir Bank” tətbiqini təqdim edib. 

Bu barədə “Report”a bankın mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, istifadəçilər 1 dəqiqə vaxt sərf edərək, “Kapital Bank”ın istənilən ödəniş kartı ilə onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər.

"Əgər müştərinin istifadə etdiyi smartfon və ya planşet barmaq izi funksiyasını dəstəkləyirsə, tətbiqə barmaq izi ilə daxil olmaq mümkündür. “Bir Bank” vasitəsilə “Kapital Bank” müştəriləri hesabları, ödəniş kartları, kredit və depozitlərini banka gəlmədən idarə edə bilərlər", - məlumatda qeyd olunub.

Yeni tətbiq vasitəsilə istifadəçilər həmçinin tətbiqə istənilən bankın ödəniş kartını əlavə etmək və bu kart vasitəsilə bir sıra əməliyyatlar həyata keçirmək, telefon kitabçasında olan, tətbiqi yükləyən digər istifadəçiyə pul göndərmək və ya ondan pul qəbul etmək kimi bir sıra innovativ əməliyyatları həyata keçirə biləcəklər.

Bundan başqa, tətbiq vasitəsilə kommunal və rabitə ödənişlərini həyata keçirmək, istənilən bank kartına köçürmələr etmək, həmçinin ödəniş şablonları yaratmaq mümkündür. Yeni tətbiqdə “Kapital Bank”ın yaxınlıqda olan filial və ATM-lərini tapmaq, valyuta məzənnələrini izləmək mümkündür.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir.

Son xəbərlər

Orphus sistemi