“Kapital Bank” yeni layihəyə başlayıb

“Kapital Bank” yeni layihəyə başlayıb Bankın kredit müştəriləri “Birlik Klubu”na qoşulmaqla güzəştlər əldə edəcəklər
Maliyyə
30 Avqust , 2017 12:23
“Kapital Bank” yeni layihəyə başlayıb
Report

Bakı. 30 avqust. REPORT.AZ/ “Kapital Bank” ASC sadiq müştəriləri üçün “Birlik Klubu” layihəsini təqdim edib. İndi bankın kredit müştəriləri “Birlik Klubu”na qoşulmaqla bir sıra güzəştlərdən yararlanmaq imkanı əldə ediblər.

“Report” bu barədə banka istinadən xəbər verir.

Kluba üzv olan müştərilərə xüsusi üzvlük kartları təqdim edilir. Kartın növündən asılı olaraq müştərilərin aylıq kredit ödənişlərindən müəyyən məbləği bonus şəklində karta geri qaytarılır. Kredit komissiyasına endirim, illik faiz dərəcəsinə güzəşt tətbiq olunur. Həmçinin, kreditin ödəniş vaxtına 6 ayadək əlavə müddət əldə etmək mümkündür. 

"Klub üzvlərinin qazanacağı imtiyazlar bununla yekunlaşmayacaq. Banka aid digər faydalı təkliflər də təqdim olunacaq", - bankın məlumatında qeyd olunub. 

“Birlik Klubu”na qoşulmaq üçün “Kapital Bank”ın istənilən filialına yaxınlaşmaq kifayətdir. 

Son xəbərlər

Orphus sistemi