"Kapital Bank" yeni kredit kampaniyasına başlayıb

"Kapital Bank" yeni kredit kampaniyasına başlayıb Xanım müştərilərə illik faiz dərəcəsində 2% endirim təqdim ediləcək
Maliyyə
6 Mart , 2017 10:42
Kapital Bank yeni kredit kampaniyasına başlayıb

Bakı. 6 mart. REPORT.AZ/ "Kapital Bank" ASC 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “İkiqat xoşbəxtlik” kampaniyası keçirir. "Report" bu barədə Banka istinadən xəbər verir. 

Kampaniyanın şərtlərinə görə, martın 6-7-də "Kapital Bank"dan nağd pul krediti əldə etmək istəyən xanım müştərilərə illik faiz dərəcəsində 2% endirim təqdim ediləcək. Kredit rəsmiləşdirilməsi zamanı komissiya 0% təşkil edəcək.

Qeyd edək ki, "Kapital Bank"da “Gündəlik tələbat krediti”nin məbləği 300-20 000 manat təşkil edir, müddəti isə 3-36 aya rəsmiləşdirilə bilər. Bu məhsul üzrə kreditlər əmək haqqı və ya təqaüdünü "Kapital Bank"dan alan müştərilərə şamil edilir. Kredit rəsmiləşdirilməsi üçün əmək haqqı və ya təqaüd kartı, həmçinin şəxsiyyəti təsdiq edən sənəd tələb olunur.

Son xəbərlər

Orphus sistemi