"Kapital Bank" yeni kredit aksiyasına başlayıb

"Kapital Bank" yeni kredit aksiyasına başlayıb Ayda 79 manat ödəməklə, 2 000 manat nağd pul krediti almaq olar
Maliyyə
1 Avqust , 2016 11:25
Kapital Bank yeni kredit aksiyasına başlayıb

Bakı. 1 avqust REPORT.AZ/ "Kapital Bank" ASC müştərilərə “Ürəyindən keçənlər üçün” adlı yeni aksiyasını təqdim edib. Şərtlərə görə, ayda cəmi 79 manat ödəməklə, 2 000 manat nağd pul krediti almaq olar. "Report"un Banka istinadən verdiyi xəbərə görə, kreditin müddəti 40 ay təşkil edir.

“Gündəlik tələbat krediti” üzrə maksimal məbləğ 15 000 manat təşkil edir.

Qeyd edək ki, kredit maaş və ya pensiyasını "Kapital Bank"dan alan müştərilərə şamil olunur. Kreditin rəsmiləşdirilməsi üçün maaş və ya pensiya kartı, həmçinin şəxsiyyət vəsiqəsi tələb olunur.

Son xəbərlər

Orphus sistemi