Yuxarı

​“Kapital Bank” “Yaşıl ölkəm” layihəsi üzrə yaşıllaşdırma işlərini davam etdirir

Paytaxtın Qaradağ rayonunda, Sumqayıt şəhərində, Bərdə və İmişli rayonlarında cəmi 400-dən çox eldar şamı və küknar ağacı əkilib

Bakı. 18 mart. REPORT.AZ/ Korporativ sosial məsuliyyətini daima diqqətində saxlayan “Kapital Bank” ASC “Yaşıl ölkəm” layihəsi üzrə paytaxtda və bölgələrdə yenidən yaşıllaşdırma aksiyası keçirib. Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.

“Bu gün əkdiyimiz ağac, sabah aldığımız nəfəsdir!” şüarı ilə keçirilən yaşıllaşdırma aksiyasında Bankın əməkdaşları iştirak edib. Paytaxtın Qaradağ rayonunda, Sumqayıt şəhərində, Bərdə və İmişli rayonlarında cəmi 400-dən çox eldar şamı və küknar ağacı əkilib. Aksiya zamanı ərazi kənar əşyalardan təmizlənib, quyular qazılıb və quşlar üçün yuva hazırlanıb. Əsasən magistral və şəhərlərarası yolların kənarında əkilən ağaclara aqrotexniki qaydada qulluq göstərilib, dibləri bellənib və suvarılıb.

“Vətənimizdə ekoloji vəziyyətin yaxşılaşdırılması Bankımızın korporativ sosial məsuliyyətinin əsas istiqamətlərindən biridir. Keçən ildən başladığımız yaşıllaşdırma işlərinin məqsədi ətraf mühitin mühafizəsinə töhvə vermək, insanlar arasında təbiətə qayğı hissinin gücləndirilməsidir. “Yaşıl ölkəm” layihəsi bununla yekunlaşmır, davamlı olaraq yaşıllaşdırma işləri aparmağı planlaşdırmışıq.” - deyə “Kapital Bank”ın Marketinq departamentinin direktoru Günel Fərzəliyeva bildirib.

Qeyd edək ki, salınan yaşıllıq zolaqlarına qulluq “Kapital Bank”ın dəstəyi ilə həyata keçiriləcək. Yeni əkilmiş ağacların vaxtı-vaxtında suvarılması üçün ərazilərə suvarma sistemi quraşdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi