"Kapital Bank" "Xəzri" sistemi üzrə 50 müştərini mükafatlandırıb

"Kapital Bank" "Xəzri" sistemi üzrə 50 müştərini mükafatlandırıb Qeyd edək ki, “Xəzri” sistemi ilə pul göndərən müştərilər avtomatik olaraq lotereya iştirakçısına çevrilirlər
Maliyyə
21 Dekabr , 2016 11:46
Kapital Bank Xəzri sistemi üzrə 50 müştərini mükafatlandırıb

Bakı. 21 dekabr. REPORT.AZ/ “Kapital Bank” ASC “Xəzri” təcili pul köçürmələri sistemi üzrə “Xəzri pul gətirəcək” adlı stimullaşdırıcı lotereyasının I tirajını keçirib. “Report” xəbər verir ki, nəticədə bu sistemin 50 müştərisinin hər biri 100 manat qazanıb.

Qeyd edək ki, “Xəzri” sistemi ilə pul göndərən müştərilər avtomatik olaraq lotereya iştirakçısına çevrilir. Lotereyada hər göndərilən 100 manat 1 şansa bərabərdir. 10 fevral 2017-ci il tarixədək keçiriləcək lotereya ərzində 150 müştərinin hər biri 100 manat, sonda isə bir müştəri 1 000 manat qazanacaq.

"Xəzri” vasitəsilə pul köçürmələri etmək çox rahat və sərfəlidir. Cəmi 5 dəqiqə ərzində hesab açmadan həm ölkə daxilində, həm də xarici ölkələrə pul göndərmək əlverişlidir. Köçürmələrə görə, minimum 0,8%-dən başlayan komissiya haqqı tutulur. Müştərilər ölkədaxili göndərilən pul vəsaitini 24 saat ərzində “Kapital Bank” bankomatlarından komissiyasız nağdılaşdıra bilərlər", - deyə məlumatda qeyd olunub.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir.

Son xəbərlər

Orphus sistemi