Yuxarı

"Kapital Bank" xanımlar üçün gündəlik tələbat kreditləri üzrə komissiya haqqını ləğv edib

Martın 1-7-də Gündəlik tələbat kredit növü üzrə rəsmiləşdirilən kreditlərə görə xanımlar heç bir əlavə xərc ödəməyəcəklər

Bakı. 1 mart. REPORT.AZ/ "Kapital Bank" ASC 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə xanım müştərilər üçün gündəlik tələbat kreditləri üzrə komissiya haqqını ləğv edib.

Bankdan "Report"a verilən məlumata görə, martın 1-7-də "Kapital Bank"dan “Gündəlik tələbat” kredit növü üzrə rəsmiləşdirilən kreditlərə görə xanımlar heç bir əlavə xərc ödəməyəcəklər. "Kapital Bank"dan maaş və ya pensiya alan xanım müştərilər də bu güzəştli kampaniyadan faydalana bilərlər.

Faktiki illik faiz dərəcəsi (FİFD) 19,73%-dən başlayan “Gündəlik tələbat” krediti 24 ayadək müddətə verilir. Kreditin maksimal məbləği isə 15 min manat təşkil edir.

Qeyd edək ki, "Kapital Bank"ın 89 filial və 4 şöbəsi fəaliyyət göstərir. Bankın müştəriləri kredit ödənişlərini bankın filiallarında, pay.kapitalbank.az saytında və müxtəlif terminallar vasitəsilə həyata keçirə bilərlər. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək mümkündür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi