"Kapital Bank" Vyanada "Euromoney 2017" forumunda iştirak edir

"Kapital Bank" Vyanada "Euromoney 2017" forumunda iştirak edir "Kapital Bank": "Bir sıra iri bankların nümayəndələri ilə görüşlər olacaq"
Maliyyə
18 Yanvar , 2017 10:12
Kapital Bank Vyanada Euromoney  2017 forumunda iştirak edir

Bakı. 18 yanvar. REPORT.AZ/ "Kapital Bank" ASC Vyanada keçirilən "Euromoney-2017" beynəlxalq forumunda iştirak edir. Foruma "Kapital Bank"ın İdarə Heyəti sədrinin birinci müavini Fərid Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti də qatılıb.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, tədbirdə iştirak edən dövlət rəsmiləri, investorlar, beynəlxalq təşkilatların və maliyyə qurumlarının nümayəndələri, regionda olan cari məsələlər və problemləri müzakirə edib, eləcə də cari il üçün inkişaf planlarını açıqlayıblar.

“Beynəlxalq tədbirlərdə iştirak dünyanın müxtəlif şirkətlərinin inkişaf fəaliyyəti barədə aktual məlumatların toplanmasına köməklik edir. Tədbirdə bir sıra iri bankların nümayəndələri ilə görüşlərimiz olacaq. Onlarla hazırkı dünya maliyyə bazarının vəziyyəti və gələcək perspektivləri barədə fikir mübadiləsi aparacayıq. Əminəm ki, belə tədbirlərdə iştirak "Kapital Bank"ı dünya miqyasında tanıdacaq”, - deyə Bankın İdarə Heyəti sədrinin I müavini F.Məmmədov bildirib.

Qeyd edək ki, "Kapital Bank" bir sıra yerli və beynəlxalq təşkilatlarla müxtəlif sahələrdə əməkdaşlıq edir və gələcəkdə belə təşkilatların sayı artırılacaq.

Son xəbərlər

Orphus sistemi