Yuxarı

​"Kapital Bank": Valyuta əməliyyatları davam etdirilir

Bank hesablarının sahiblərinə kart əməliyyatlarının aparılmasında heç bir məhdudiyyət qoyulmayıb

Bakı. 7 yanvar. REPORT.AZ/ "Kapital Bank" ASC-nin filial və şöbələrində bütün valyuta mübadilə əməliyyatları üzrə xidmətlər davam etdirilir. "Report"un Banka istinadən verdiyi xəbərə görə, Mərkəzi Bankın müəyyən etdiyi qaydalara uyğun olaraq 500 ABŞ dollarından yuxarı bütün valyuta mübadilə əməliyyatları yalnız şəxsiyyət vəsiqəsi ilə aparılır.

"Bütün bank xidmətləri, o cümlədən, kart əməliyyatları, təcili pulköçürmə əməliyyatları əvvəlki qaydada həyata keçirilir. Pulköçürmə sistemləri vasitəsilə xarici valyutada daxil olan vəsaitləri müştərilər Bankın istənilən filialından qəbul edə bilərlər. Qeyd etmək istərdik ki, bank hesablarının sahiblərinə kart əməliyyatlarının aparılmasında heç bir məhdudiyyət qoyulmayıb", - deyə Bankdan bildirilib. 

"Kapital Bank" tərəfindən manatla kreditlərin verilməsi də əvvəlki şərtlər və faiz dərəcələri ilə həyata keçirilir. Yanvarın 15-dək “Gündəlik tələbat” kredit növü üzrə istənilən məbləğdə kredit götürən şəxslər “Yeni il” hədiyyə kampaniyası çərçivəsində uduş fonduna daxil olan müxtəlif hədiyyələr qazanmaq imkanı əldə edəcəklər", - deyə "Kapital Bank"dan əlavə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi