Yuxarı

"Kapital Bank" uşaqlar üçün "Bankir oldum" layihəsi təşkil edib

Layihə çərçivəsində 5-7 yaşında olan uşaqlar Bankın əməkdaşlarını əvəz ediblər

Bakı. 1 iyun. REPORT.AZ/ “Kapital Bank” ASC 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Bankir oldum” adlı sosial layihə həyata keçirib. Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.

Layihə çərçivəsində 5-7 yaşında olan uşaqlar iyunun 1-də “Kapital Bank”ın əməkdaşlarını əvəzləyiblər.

“Kapital Bank”ın İdarə Heyətinin sədri, müavinləri, həmçinin bir sıra departamentlərinin direktorları və filial əməkdaşlarını əvəz edən uşaqlar, gün ərzində toplantılar keçiriblər və müxtəlif qərarlar qəbul ediblər. Layihənin əsas məqsədi uşaqlara bank əməkdaşları vəzifəsində unudulmaz gün yaşatmasına, həmçinin onların gələcəkdə peşə seçərkən daha həssas olmasına istiqamətlənib.

Qeyd edək ki, “Kapital Bank” korporativ sosial məsuliyyət çərçivəsində, daim müxtəlif təhsil və idman layihələrini dəstəkləyir. Bank sosial yönümlü fəaliyyətinə uyğun olaraq gələcəkdə də bu kimi tədbirlər keçirməyi planlaşdırır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi