"Kapital Bank" təminatlı manat krediti təklif edir

"Kapital Bank" təminatlı manat krediti təklif edir Müştəri kredit təminatı qismində banka USD valyutasında müəyyən məbləğ təqdim etməlidir
Maliyyə
23 Dekabr , 2016 10:25
Kapital Bank təminatlı manat krediti təklif edir

Bakı. 23 dekabr. REPORT.AZ/ Artıq "Kapital Bank" ASC filiallarından istənilən şəxslər təminatlı manat krediti əldə edə bilər. Bunun üçün müştəri kredit təminatı qismində Banka USD valyutasında müəyyən məbləğ təqdim etməlidir. Bu zaman müştərinin təminat qismində yerləşdirdiyi məbləğ sığortalanır.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, kreditin minimal məbləği 300 manat, müddəti isə 1-12 ay təşkil edir. Müştərinin təminat qismində təqdim etdiyi vəsaitin maksimum 60%-nədək kredit rəsmiləşdirilə bilər. İllik faiz dərəcəsi isə 25%-dir.

Kredit rəsmiləşdirilməsi üçün şəxsiyyəti təsdiq edən sənəd tələb olunur. Ətraflı məlumat üçün – https://kapitalbank.az/loans/manat?hl=az.

Son xəbərlər

Orphus sistemi