“Kapital Bank” təhsil işçilərinə güzəştlər təqdim edir

“Kapital Bank” təhsil işçilərinə güzəştlər təqdim edir Bankın kartları ilə məvacib alan təhsil işcilərinə yeni “Payız fürsəti” lotereyası təqdim olunub
Maliyyə
2 Oktyabr , 2017 11:20
“Kapital Bank” təhsil işçilərinə güzəştlər təqdim edir
Report

Bakı. 2 oktyabr. REPORT.AZ/ “Kapital Bank” ASC 5 oktyabr - Müəllimlər Günü münasibətilə “Gözəl peşə, özəl təklif” layihəsi çərçivəsində bankın kartları ilə məvacib alan təhsil işcilərinə yeni “Payız fürsəti” lotereyasını təqdim edib.

“Report”un banka istinadən verdiyi xəbərə görə, noyabrın 30-dək “Kapital Bank” bankomatlarında mobil nömrələrini qeydiyyatdan keçirən təhsil işçiləri, avtomatik olaraq lotereyanın iştirakçısına çevriləcəklər.

İki noyabr və dörd dekabr tarixlərində keçiriləcək tiraj zamanı ümumilikdə 500-dən çox müxtəlif pul mükafatı sahiblərini tapacaq. Lotereyanın sonuncu tirajında isə 1 təhsil işçisi 3 000 manat əldə edəcək.

Bundan başqa, “Gözəl peşə, özəl təklif” adlı güzəştli kredit kampaniyası da dekabrın 1-dək davam edəcək. Aksiya çərçivəsində “Kapital Bank”a müraciət edən təhsil işçilərinə illik faiz dərəcəsində 2%-dək endirim edilir, 8 000 manatadək isə zaminsiz verilir.

Son xəbərlər

Orphus sistemi