​"Kapital Bank" talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirib

​"Kapital Bank" talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirib Azərbaycan Talassemiya Federasiyası İctimai Birliyi ilə birgə təşkil olunan aksiyaya Bankın baş ofisindən 100-ə yaxın əməkdaş qatılıb
Maliyyə
5 Fevral , 2016 18:55
​Kapital Bank talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirib

Bakı. 5 fevral. REPORT.AZ/ "Kapital Bank" ASC-nin əməkdaşları talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyasında iştirak ediblər. Bu barədə "Report"a Bankın mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Talassemiya Federasiyası İctimai Birliyi ilə birgə təşkil olunan aksiyaya Bankın baş ofisindən 100-ə yaxın əməkdaş qatılıb.

“Bu aksiyalar mütəmadi olaraq həyata keçirilir. Körpələrimizin sağlam gələcəyi naminə belə sosial tədbirlərin keçirilməsini vacib hesab edirik. Talassemiyalı körpələrin qana olan ehtiyaclarını ödəmək üçün aksiyanın gələcəkdə də keçirilməsi nəzərdə tutulur”, - deyə "Kapital Bank"ın şöbə rəisi Günel Fərzəliyeva bildirib.

Azərbaycanda ən geniş filial şəbəkəsinə malik "Kapital Bank" ötən illərdə olduğu kimi, bu il də öz ənənəsinə sadiq qaldığını açıqlayıb: "Kapital Bank" ailəsi gələcəyimiz olan körpələri yaddan çıxarmamağa, hər kəsi belə xeyirxah aksiyaya qoşulmağa və uşaqlara yardım etməyə çağırır".

Son xəbərlər

Orphus sistemi