​"Kapital Bank" səhmdarlarına ödəyəcəyi dividendin məbləğini açıqlayıb

​"Kapital Bank" səhmdarlarına ödəyəcəyi dividendin məbləğini açıqlayıb Hər bir səhm üçün 3,72 manat ödəniş ediləcək
Maliyyə
26 May , 2016 16:32
​Kapital Bank səhmdarlarına ödəyəcəyi dividendin məbləğini açıqlayıb

Bakı. 26 may. REPORT.AZ/ "Kapital Bank" ASC-nin səhmdarlarına 2015-ci il üzrə ödəyəcəyi dividendin ümumi məbləği 10%-lik vergitutmadan əvvəl 61,924 mln. manat təşkil edir. "Report"un Banka istinadən verdiyi xəbərə görə, cəmi səhmlərin sayı 15 mln. ədəddir ki, bu da bir səhm üzrə təxminən 4,13 manat (vergidən əvvəl) ödəniş deməkdir.

Cari il yanvarın 1-nə Bankın səhmdar kapitalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə dəyişməz qalaraq 185,850 mln. manat olub.

Qeyd edək ki, 2015-ci ilin maliyyə yekunlarına əsasən, əldə olunan mənfəət 61,924 mln. manat, bölüşdürülməmiş mənfəət isə cari ilin əvvəlinə 82,015 mln. manat təşkil edib.

Xatırladaq ki, bu ilin əvvəlinə Bankın səhmlərinin 99,87%-i "Pasha Holding" MMC, 0,13%-i fiziki şəxslərə məxsus olub.

"Kapital Bank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağının qərarına əsasən, cari il iyunun 1-dən etibarən Bankın səhm sahiblərinə dividendlərin ödənilməsinə başlanacaq.

Qeyd edək ki, rezident müəssisə tərəfindən təsisçilərinə və yaxud səhmdarlarına xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi ilə bağlı ödənilən dividenddən 10% vergi tutulur, vergi tutulmuş dividendin alıcısının vergi öhdəlikləri bununla tam yerinə yetirilmiş hesab olunur, bu gəlirlər bəyan olunmur və bir daha vergiyə də cəlb edilmir. Həmin gəlir yenidən dividend şəklində təsisçilərə (payçılara) verilən zaman da vergiyə cəlb olunmur.

Son xəbərlər

Orphus sistemi