“Kapital Bank” “Şəffaf vergi partnyorluğu statusu"na layiq görülüb

“Kapital Bank” “Şəffaf vergi partnyorluğu statusu"na layiq görülüb Bakı. 22 noyabr. REPORT.AZ/ Vergilər Nazirliyi yanında Milli Gəlirlər departamenti “Kapital Bank” ASC-ni “Şəffaf vergi partnyorluğu statusuna layiq görüb. 
Maliyyə
22 Noyabr , 2017 10:42
“Kapital Bank” “Şəffaf vergi partnyorluğu statusuna layiq görülüb
Report

Bakı. 22 noyabr. REPORT.AZ/ Vergilər Nazirliyi yanında Milli Gəlirlər departamenti “Kapital Bank” ASC-ni “Şəffaf vergi partnyorluğu statusu"na layiq görüb. 

Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, noyabr ayında nazirlik tərəfindən partnyor vergi ödəyicisi statusunun əldə olunması münasibətilə “Kapital Bank”a bildiriş göndərilib.

Açıqlamaya görə, “Kapital Bank” Vergi Məcəlləsinə uyğun fəaliyyət göstərir və 2017-ci ilin üç rübü ərzində 28,6 mln. manat vergi ödəyib. 

Ümumiyyətlə, 2017-ci ilin üçüncü rübünün nəticələrinə görə Bankın aktivləri 3 mlrd. manat, xalis mənfəəti 57,6 mln. manat, nizamnamə kapitalı 185,85 mln. manat, məcmu kapitalı isə 266,3 mln. manat təşkil edib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar.

Son xəbərlər

Orphus sistemi