Bakı. 29 sentyabr. REPORT.AZ/ “Kapital Bank” ASC 5 Oktyabr - beynəlxalq müəllimlər günü ilə əlaqədar təhsil işçiləri üçün “Müəllimlər üçün dəyər!” adlı endirim kampaniyasına başlayıb.
"Report"un Banka istinadən verdiyi xəbərə görə, oktyabrın 17-dək davam edəcək kampaniya çərçivəsində müəllimlər 15 min manatadək 0% komissiyalı “Gündəlik tələbat” kreditindən yararlana biləcəklər. Kreditin müddətindən asılı olmayaraq illik faiz dərəcəsi 27% təşkil edir.
Hazırda "Kapital Bank" 89 filialı və 5 şöbəsi ilə müştərilərə xidmət göstərir.