“Kapital Bank” mənfəətini 39% artırıb

“Kapital Bank” mənfəətini 39% artırıb Bankın aktivləri isə 8% artıb
Maliyyə
16 Oktyabr , 2017 13:55
“Kapital Bank” mənfəətini 39% artırıb
Report

Bakı. 16 oktyabr. REPORT.AZ/ “Kapital Bank” ASC-nin cəmi aktivləri bu il oktyabrın 1-nə 3 025,136 mln. manat təşkil edib.

“Report” xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,8% çoxdur.

“Kapital Bank”ın aktivlərinin 40,3%-ni və yaxud 1 220,072 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1ildə bankın kredit portfeli 1,2% böyüyüb.

Sentyabrın sonuna "Kapital Bank"ın cəmi öhdəlikləri isə 2 737,465 mln. manat olub və bu, illik müqayisədə 7,9% çoxdur. Bankın öhdəliklərinin 81,7%-ni və yaxud 2 237,528 mln. manatını onun depozit portfeli təşkil edib. Son 1 ildə maliyyə qurumunun depozit portfeli 33,5% böyüyüb.

Hesabat tarixinə “Kapital Bank”ın cəmi kapitalı isə 287,671 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 6,8% çoxdur.

9 ay ərzində “Kapital Bank”ın faiz gəlirləri 194,704 mln. manat (1 il əvvələ nisbətən 29,15% çox), faiz xərcləri 62,874 mln. manat (1,4% çox), qeyri-faiz gəlirləri 96,343 mln. manat (9,9 çox), qeyri-faiz xərcləri isə 107,055 mln. manat (31,5% çox) təşkil edib. Son nəticədə Bankın xalis əməliyyat mənfəəti 121,118 mln. manat olub ki, bu da illik müqayisədə 27,3% çoxdur.

Bu il “Kapital Bank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ötən illə müqayisədə 12,4% çox – 47,648 mln. manat ayırıb, 15,834 mln. manat mənfəət vergisi (40,85% çox) ödəyib. Bununla da, Bank bu ilin yanvar-sentyabr aylarını 57,636 mln. manat xalis mənfəətlə başa vurub. Bu, illik müqayisədə 38,85% çoxdur.

Xatırladaq ki, "Kapital Bank" 2004-cü ildə, Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb. "PAŞA Holdinq" MMC-yə daxil olan Bankın nizamnamə kapitalı 185,85 mln. manatdır. Onun səhmlərinin 99,87%-i adı çəkilən holdinqə, 0,13%-i isə təxminən 184 fiziki şəxsə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi