"Kapital Bank" manatla nağd pul krediti təklif edir

"Kapital Bank" manatla nağd pul krediti təklif edir “Gündəlik tələbat krediti”nin məbləği maksimum 15 min manat ola bilər
Maliyyə
10 Oktyabr , 2016 11:54
Kapital Bank manatla nağd pul krediti təklif edir

Bakı. 10 oktyabr. REPORT.AZ/ "Kapital Bank" ASC-nin “Ürəyindən keçənlər üçün” adlı aksiyası davam edir. "Report"un Banka istinadən verdiyi xəbərə görə, şərtlərə əsasən, ayda cəmi 79 manat ödəməklə 2 000 manat məbləğində nağd pul krediti almaq olar.

Qeyd edək ki, “Gündəlik tələbat krediti”nin məbləği 300-15 000 manat təşkil edir, müddəti isə 40 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul maaş və ya pensiyasını "Kapital Bank"dan alan müştərilərə şamil edilir. Kredit rəsmiləşdirilməsi üçün maaş və ya pensiya kartı, həmçinin şəxsiyyət vəsiqəsi tələb olunur.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 90 filialı və 2 şöbəsi ilə müştərilərə xidmət edir.

Son xəbərlər

Orphus sistemi