"Kapital Bank" kreditlə sığorta paketləri təklif etməyə başlayıb

"Kapital Bank" kreditlə sığorta paketləri təklif etməyə başlayıb Yaxın zamanlarda Bankın filiallarında daşınmaz əmlakın icbari və könüllü sığortasının satışı da həyata keçiriləcək
Maliyyə
26 Dekabr , 2016 10:28
Kapital Bank kreditlə sığorta paketləri təklif etməyə başlayıb

Bakı. 26 dekabr. REPORT.AZ/ Azərbaycanda ilk dəfə olaraq "Kapital Bank" ASC-nin filiallarında "PAŞA Sığorta"nın bir sıra məhsullarının kreditlə satışı həyata keçiriləcək. İlk mərhələdə müştərilər avtomobillərin icbari sığortası məhsulunu Bankın filiallarından əldə edə bilərlər.

Bu barədə "Report"a Bankdan məlumat verilib.

Avtomobillərin icbari sığortasının dəyərini "Kapital Bank"dan əmək haqqı və təqaüd alan müştərilər 6 aylıq faizsiz və komissiyasız kreditlə, digər müştərilər isə nağd şəkildə ödəyə bilərlər. Sənədləşmə üçün şəxsiyyət vəsiqəsi və avtomobilin texniki pasportu tələb olunur. Sığortanın məbləği sürücünün və avtomobilin göstəriciləri əsasında sığorta proqramında avtomatik hesablanır.

Qeyd edək ki, yaxın zamanlarda "Kapital Bank" filiallarında, həmçinin daşınmaz əmlakın icbari və könüllü sığortasının satışı da həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi