"Kapital Bank" kredit faizlərində endirim kampaniyasına başlayıb

"Kapital Bank" kredit faizlərində endirim kampaniyasına başlayıb "Kapital Bank"dan nağd pul krediti əldə etmək istəyən müştərilərə illik faiz dərəcəsində 3% endirim təqdim ediləcək
Maliyyə
9 Mart , 2017 10:50
Kapital Bank kredit faizlərində endirim kampaniyasına başlayıb

Bakı. 9 mart. REPORT.AZ/ "Kapital Bank" ASC Novruz bayramı münasibətilə endirimli kampaniya keçirir. Şərtlərə görə 31 mart tarixinədək "Kapital Bank"dan nağd pul krediti əldə etmək istəyən müştərilərə illik faiz dərəcəsində 3% endirim təqdim ediləcək.

"Report"un banka istinadən verdiyi xəbərə görə, "Kapital Bank"da “Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 36 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul üzrə kreditlər əmək haqqı və ya təqaüdünü "Kapital Bank"dan alan müştərilərə şamil edilir. Kredit rəsmiləşdirilməsi üçün əmək haqqı və ya təqaüd kartı, həmçinin şəxsiyyəti təsdiq edən sənəd tələb olunur.

Son xəbərlər

Orphus sistemi