Yuxarı

​"Kapital Bank"ın 37 müştərisi səyahət paketi qazanıb

Bankın “Dincəlmək vaxtıdır” adlı stimullaşdırıcı lotereyasının nəticələri məlum olub

Bakı. 5 avqust. REPORT.AZ/ Mütəmadi olaraq müxtəlif aksiyalar təqdim edən "Kapital Bank" ASC iyun-iyul ayları ərzində “Dincəlmək vaxtıdır” adlı stimullaşdırıcı lotereya keçirib. Bankdan "Report"a verilən məlumata görə, lotereyanın nəticələrinə əsasən, "Kapital Bank"ın 37 müştərisi səyahət paketi qazanıb.

Şərtlərə görə, "Kapital Bank"dan kredit götürən müştərilər tirajlı lotereyada iştirak edib, Azərbaycanın dilbər guşələri olan Şamaxı, Qəbələ və Qubada yerləşən 5 ulduz mehmanxanalara səyahət paketləri əldə ediblər.

Lotereya ərzində 36 ədəd standart və 1 ədəd "Jumeirah Bilgah Beach Hotel"ə VIP paket sahiblərinə çatıb. Hər həftənin bazar ertəsi günü təsadüfi seçim proqramı vasitəsilə keçmiş həftənin qalibləri müəyyən edilib. Lotereyada qalib gələn müştərilər haqqında məlumat www.dincelmekvaxtidir.az saytında dərc edilib.

Qeyd edək ki, “Gündəlik tələbat krediti”nin məbləği 300-15 000 manat təşkil edir, 40 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul maaş və ya pensiyasını "Kapital Bank"dan alan müştərilərə şamil edilir. Kredit rəsmiləşdirilməsi üçün maaş və ya pensiya kartı, həmçinin şəxsiyyət vəsiqəsi tələb olunur.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi