Yuxarı
    Bağlamaq

    "Kapital Bank"ın yenilənmiş Şabran filialı istifadəyə verilib

    Yeni konsepsiya əsasında təmir edilən filial bütün zəruri şəraitə və imkanlara malikdir

    Bakı. 20 may. REPORT.AZ/ “Kapital Bank” ASC filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində yenilənmiş Şabran filialını istifadəyə verib. Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.

    Yeni konsepsiya əsasında təmir edilən filial Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsi,16B (4 saylı məktəbin yanında) ünvanında yerləşir. Bankdan verilən məlumata görə, artıq Şabran və ətraf qəsəbələrin sakinləri yeni filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.

    Açılış mərasimində Şabran rayon İcra Hakimiyyəti başçısının I müavini Mehdi Balabəyov, “Kapital Bank”ın baş ofisinin əməkdaşları, dövlət rəsmiləri, ictimai xadimlər və digər qonaqlar iştirak ediblər. “Kapital Bank”ın yeni konsepsiya əsasında təmir edilən ilk region filialı olan Şabran filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətləri təklif edir. Yeni filial müştərilərə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

    Yeni filialda daha bir yenilik də ondan ibarətdir ki, artıq əmək haqqı və pensiya kartı “Kapital Bank”da olan və ya olmayan, təsərrüfat, xidmət, ticarət və sərbəst peşə fəaliyyəti ilə məşğul olan Şabran və Siyəzən rayon sakinləri “Kiçik biznes” və “Peşə sahiblərinə dəstək” məhsulları üzrə mikrokreditlər əldə edə bilərlər. Kreditin məbləği 500-30 000 manat, maksimal müddəti 36 ayadək, illik faiz dərəcəsi isə 23%-dir.

    Qeyd edək ki, “Kapital Bank” filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. Bu il ərzində ümumilikdə 6 şəhər və 6 regional filial binası yeni konsepsiyaya uyğun əsaslı təmir olunacaq. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam edir.

    Xatırladaq ki, Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi