"Kapital Bank"ın yenilənmiş Qubadlı filialı istifadəyə verilib

"Kapital Bank"ın yenilənmiş Qubadlı filialı istifadəyə verilib Cari ildə daha bir neçə filialın əsaslı təmiri, yeni filial və şöbələrin açılması planlaşdırılır
Maliyyə
20 Fevral , 2017 12:26
Kapital Bankın yenilənmiş Qubadlı filialı istifadəyə verilib

Bakı. 20 fevral. REPORT.AZ/ "Kapital Bank" ASC filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində Qubadlı filialının yenilənmiş ofisini istifadəyə verib. 

"Report"un Banka istinadən verdiyi xəbərə görə, müştərilər Sumqayıt şəhəri, H.Əliyev prospekti,11/38, sahə 7 (17-ci məhəllə) ünvanında yerləşən filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.

"Kapital Bank"ın yeni konsepsiya əsasında təmir edilən Qubadlı filialı müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir.

Qeyd edək ki, "Kapital Bank" filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. 2017-ci ildə yeni Buzovna şöbəsi fəaliyyətə başlayıb, Həzi Aslanov filialı yeni ünvana köçürülüb. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam etməkdədir. Cari ildə daha bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank"ın 90 filial və 4 şöbəsi mövcuddur.

Son xəbərlər

Orphus sistemi