"Kapital Bank"ın yenilənmiş Göyçay filialı istifadəyə verilib

"Kapital Bank"ın yenilənmiş Göyçay filialı istifadəyə verilib Cari ildə yeni filial və şöbələrin açılması planlaşdırılır
Maliyyə
10 Mart , 2017 11:05
Kapital Bankın yenilənmiş Göyçay filialı istifadəyə verilib

Bakı. 10 mart. REPORT.AZ/ "Kapital Bank" ASC filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində Göyçay filialının yenilənmiş ofisini istifadəyə verib. Yeni konsepsiya əsasında təmir edilən filial Göyçay şəhəri, Z.Tağıyev küçəsində yerləşir.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, artıq müştərilər yeni filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.

"Kapital Bank"ın yeni konsepsiya əsasında təmir edilən Göyçay filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

Qeyd edək ki, "Kapital Bank" filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. 2017-ci ildə yeni "Buzovna" şöbəsi fəaliyyətə başlayıb, "Həzi Aslanov" və "Qubadlı" filialları yeni ünvana köçürülüb. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam edir. Cari ildə daha bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi