"Kapital Bank"ın yenilənmiş Bərdə filialı istifadəyə verilib

"Kapital Bank"ın yenilənmiş Bərdə filialı istifadəyə verilib İlin sonunadək daha 6 filialın yeni konsepsiyaya uyğun əsaslı təmiri planlaşdırılır
Maliyyə
25 Oktyabr , 2016 11:16
Kapital Bankın yenilənmiş Bərdə filialı istifadəyə verilib

Bakı. 25 oktyabr. REPORT.AZ/ "Kapital Bank" ASC filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində Bərdə filialının yenilənmiş ofisini istifadəyə verib. "Report"un Banka istinadən verdiyi xəbərə görə, yeni konsepsiya əsasında təmir edilən filial Bərdə şəhəri, M.Rəsulzadə küçəsi,11 ünvanında yerləşir. Yeni filialda müasir bank xidmətlərindən Bərdə şəhəri və ətraf qəsəbələrin sakinləri istifadə edə bilərlər.

"Kapital Bank"ın yeni konsepsiya əsasında təmir edilən Bərdə filialı müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. 

Qeyd edək ki, "Kapital Bank" filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. Bu il ərzində 3 şəhər ("Şuşa", "28 May" və "Binəqədi") və 5 regional (Şabran, Lerik, Qax, Qəbələ və Bərdə) filialı yeni konsepsiyaya uyğun əsaslı təmir olunub, yeni "Gənclik Mall" filialı açılıb. Bundan əlavə, ilin sonunadək daha 3 şəhər və 3 regional filialın yeni konsepsiyaya uyğun əsaslı təmiri planlaşdırılır. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam edir.

Son xəbərlər

Orphus sistemi