Yuxarı
    Bağlamaq

    "​Kapital Bank"ın "Xəzri" sistemi üzrə 121 mln. manat köçürülüb

    Müştərilər ölkədaxili göndərilən pul vəsaitini 24 saat ərzində Kapital Bankın bankomatlarından komissiyasız nağdlaşdıra bilərlər

    Bakı. 1 aprel. REPORT.AZ/ "Kapital Bank" ASC 2015-ci ildə "Xəzri" təcili pulköçürmə sistemi üzrə 312 mindən artıq müştərinin 121 mln. manatdan artıq pul köçürməsini həyata keçirib. Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.

    Məlumata görə, son dövrdə sistemə Ukraynanın "Kristalbank", "Aqroprombank", "Akkordbank" və Tacikistanın "SpitamenBank"ı da qoşulub və hazırda "Xəzri"nin mövcud olduğu məntəqələrin ümumi sayı 3 500-dən artıqdır.

    "Bu ilin mühüm yeniliklərindən biri də "Xəzri" sisteminə Azərbaycanda ilk tərəfdaş bankın - "Atabank" ASC-nin qoşulması olub. Artıq müştərilər Azərbaycan üzrə “Atabank” filiallarında da “Xəzri” vasitəsilə köçürmələr həyata keçirə bilərlər", - deyə "Kapital Bank"dan bildirilib.

    Bankın məlumatında qeyd edilir ki, “Xəzri” vasitəsi ilə cəmi 5 dəqiqə ərzində hesab açmadan həm ölkə daxilində, həm də xaricə pul göndərmək mümkündür.

    Müştərilər ölkədaxili göndərilən pul vəsaitini 24 saat ərzində “Kapital Bank”ın bankomatlarından komissiyasız nağdlaşdıra bilərlər.

    Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 89 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi