"Kapital Bank"ın "Xəzri" pulköçürmə sistemini təkmilləşdirilir

"Kapital Bank"ın "Xəzri" pulköçürmə sistemini təkmilləşdirilir Bununla yanaşı, onun əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub
Maliyyə
25 May , 2016 10:38
Kapital Bankın Xəzri pulköçürmə sistemini təkmilləşdirilir

Bakı. 25 may. REPORT.AZ/ “Kapital Bank” ASC hazırda “Xəzri” beynəlxalq sürətli pulköçürmə sisteminin inkişaf etdirilməsi ilə bağlı bir neçə istiqamətdə iş aparır. Bunu “Report”a açıqlamasında Bankın Satış kanalları Departamentinin direktoru Vüsal Nağıyev deyib.

V.Nağıyevin sözlərinə görə, “Kapital Bank” müştərilərin banka yaxınlaşmadan “Xəzri” vasitəsi ilə pul köçürməsi yaxud köçürülmüş pulu qəbul etməsi üçün tədbirlər görür: “Aparılan işlərin bir istiqaməti texnoloji məsələlərlə bağlıdır. Yəni, müştəri filiala yaxınlaşmadan pulu ya köçürə bilsin, ya da ala bilsin. Artıq bunun bankomat tərəfini həll etmişik - bir filialdan pul köçürüldükdə, pulu alan tərəf rahatlıqla gedib “Kapital Bank”ın bankomatından onu ala bilər. Gələcəkdə ödəmələrin də hansısa terminallar vasitəsi ilə aparılması üçün işlər aparırıq”.

“Kapital Bank” rəsmisi deyib ki, “Xəzri” sisteminin əhatə etdiyi ölkələrin coğrafiyasının genişləndirilməsi ilə bağlı danışıqlar aparılır: “Hazırda Tacikistan, Rusiya, Gürcüstan və Ukraynada “Xəzri” pulköçürmə sistemi işləyir. Təmsilçiliyimiz olmayan Türkiyə, Belarus və digər MDB ölkələrində də fəaliyyət göstərməyi nəzərdə tutmuşuq. “Xəzri”nin mövcud olduğu ölkələrdə isə tərəfdaş bankların sayını artırmaq niyyətindəyik. Yerli bazarda da bir neçə bankla danışıqlar aparılır. Ümid edirəm ki, tezliklə “Kapital Bank” və “AtaBank”dan başqa digər bankların da müştəriləri “Xəzri”dən istifadə edə biləcəklər".

Xatıraladaq ki, “Kapital Bank”ın “Xəzri” sürətli pul köçürmələri sisteminin 5 MDB ölkəsini əhatə etməklə 3 500 xidmət mətəqəsində təqdim olunur.

Son xəbərlər

Orphus sistemi