"Kapital Bank"ın üç şöbəsi bağlanıb

"Kapital Bank"ın üç şöbəsi bağlanıb Bu şöbələrin üçü də paytaxtda fəaliyyət göstərirdi
Maliyyə
29 Aprel , 2016 17:03
Kapital Bankın üç şöbəsi bağlanıb

Bakı. 29 aprel. REPORT.AZ/ “Kapital Bank” ASC Bakı şəhərində yerləşən 3 şöbəsinin fəaliyyətini dayandırıb. Bu barədə “Report”a bu şöbələrin işdən azad edilən əməkdaşları məlumat veriblər.

Bağlanan Bankın Səbail rayonu, Neftçi Qurban küçəsi, 13 ünvanında yerləşən “2 saylı”, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 45 ünvanında yerləşən “3 saylı” və Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 71 ünvanında yerləşən “5 saylı” şöbələridir.

Məlumata görə, ilk olaraq şöbələrdən ikisinin bağlanması üçün tarix 18 mart, digər biri üçün isə 28 mart müəyyən edilsə də, sonradan bu vaxt bir qədər ertələnib.

İşdən azad edilən əməkdaşların verdiyi məlumata görə, şöbələrin bağlanması öncə onlara filial şəbəkəsinin optimallaşdırılması ilə əlaqələndirilib və onlara bildirilib ki, digər fililallarda işlə təmin ediləcəklər.

Məsələylə bağlı “Report”un "Kapital Bank"a yazılı və şifahi sorğusu cavablandırılmayıb.

Qeyd edək ki, Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” hazırda 90 filialı və 2 şöbəsi ilə müştərilərə xidmət göstərir.

Son xəbərlər

Orphus sistemi