​"Kapital Bank"ın səhmlərinə maraq artıb

​"Kapital Bank"ın səhmlərinə maraq artıb Bankın səhmləri nominal dəyərindən 60% baha satılır
Maliyyə
29 İyun , 2016 10:17
​Kapital Bankın səhmlərinə maraq artıb

Bakı. 29 iyun. REPORT.AZ/ "Kapital Bank" ASC-nin 2015-ci ildəki fəaliyyətinin yekunu olaraq səhmdarlarına yüksək dividend (hər səhmə nominal dəyərinin 33%-i qədər və yaxud 4,13 manat) ödəməsi təkrar bazarda onun səhmlərinə marağı artırıb. Fond bazarındakı mənbələrdən "Report"a verilən məlumata görə, Bankın minoritar səhmdarlarına (fiziki şəxslərə) məxsus 500 səhmi sahibini dəyişib.

Məlumata görə, səhmlərin alqı-satqısı Bakı Fond Birjasından kənar əqd bağlamaqla həyata keçirilib. Səhmlər nominal dəyərindən 60% yüksək, təxminən 20 manata alınıb. Alıcının fiziki şəxs olduğu bildirilir.

Xatırladaq ki, "Kapital Bank"ın nizamnamə kapitalı 186,85 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 12,39 manat olan 15 mln. səhm əsasında formalaşıb. Səhmlərinin 99,87%-i "PAŞA Holdinq"ə, 0,13%-i isə təxminən 175 minoritar səhmdara məxsusdur.

Son xəbərlər

Orphus sistemi