“Kapital Bank”ın səhm paketi satışa çıxarılıb

“Kapital Bank”ın səhm paketi satışa çıxarılıb Qiymətli kağızlar nominal dəyərindən 4 dəfə baha təklif olunur
Maliyyə
11 Aprel , 2017 14:38
“Kapital Bank”ın səhm paketi satışa çıxarılıb

Bakı. 11 aprel. REPORT.AZ/ “Kapital Bank” ASC-nin 100 səhmdən ibarət səhm paketi satışa çıxarılıb.

“Report”un məlumatına görə, səhmlərin nominal dəyəri 12,39 manat olsa da, qiymətli kağızların hər biri 50 manata təklif olunur.

Satıcı bunu Bankın hər il səhmdarlarına yaxşı divident ödəməsi ilə izah edir.

Qeyd edək ki, “Kapital Bank” 2016-cı ili 52 348,8 min manat xalis mənfəətlə başa vurub. Bankın səhmdarlarının bu il aprelin 4-də keçirilmiş yığıncağında bütün mənfəətin səhm sahiblərinə divident kimi ödənilməsinə qərar verilib. “Kapital Bank”ın 185,85 mln. manatlıq nizamnamə kapitalı 15 mln. səhm əsasında formalaşdığı üçün Bankın hər səhmi sahibinə 3,49 manat qazandırıb.

Xatırladaq ki, “Kapital Bank” 2004-cü ildə Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb. Bankın səhmlərinin 99,87%-i "PAŞA Holdinq"ə, 0,13%-i isə təxminən 175 fiziki şəxsə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi